Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Heftelik.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət-özəl tərəfdaşlığı Qaydaları”nda əksini tapıb.

Siyahıya yeni layihələrin daxil edilməsi, siyahıda olan layihələrin siyahıdan çıxarılması, habelə siyahıda dəyişiklik edilməsi zərurəti yarandıqda səlahiyyətli orqan tərəfindən Nazirlər Kabinetinə müraciət edilir.