Zaminin qoyduğu pul məbləğinin hansı hallarda cinayət prosesini həyata keçirən orqanın qərarı ilə dövlət nəfinə keçirildiyi müəyyənləşib.
Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Zaminin qoyduğu pul məbləği aşağıdakı hallarda cinayət prosesini həyata keçirən orqanın qərarı ilə dövlət nəfinə keçirilir:
– şübhəli və ya təqsirləndirilən şəxsin müvafiq davranışının təmin olunmasına dair öhdəliyi yerinə yetirmədikdə;
– zaminlikdən özbaşına imtina etdikdə.
Zaminin qoyduğu pul məbləğinin dövlətin nəfinə keçirilməsi barədə qərardan məhkəmə qaydasında şikayət verilə bilər.