Arxiv işləri bölməsi ilə razılaşdırılmış işlərin illik nomenklaturası müvafiq rəislər tərəfindən təsdiq edildikdən sonra onun bir nüsxəsi bir ay müddətindən gec olmayaraq, gələcəkdə bu işlərin təhvil verilməsinə nəzarət etmək məqsədi ilə xüsusi fondlar bölməsinə göndərilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.