Müşahidələr “Azercell Telekom” MMC artıq müştərilərinə xidmət edə bilməyəcək səviyyəyə düşməkdə olduğunu göstərir.
Heftelik.az-ın məlumatına görə, redaksiyaya daxil olan müraciətlərdə bildirilir ki, “Azercell” istifadəçilərinin xüsusən son 6 ayda Səbail və Yasamal rayonlarında mənzillərdə, evlərdə, mobil telefondan istifadəsi qeyri-mümkün olub.
“Azercell Telekom” MMC-inin yarıtmaz fəaliyyəti Səbail rayonu Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunmuş birinci və ikinci binaların sakinlərini dözülməz vəziyyədtə qoyub.
Mənzillərdə “Azercell” istifadəçilərinin mobil telefonla əlaqə saxlamaq bu həssas peşə sahiblərinin əsəblərimi daha çox tarıma çəkib. Elə bunun nəticəsidir ki, mobil telefonla danışmaq üçün whatsapp-dan istifadə etmək məcburiyyətində qalanların sayı həndəsi sürətlə artır.
Bəs demək olar ki, hər gün reklamları ilə yazılı, elektron medianı, telekanalları zəbt edən “Azercell Telekom” MMC-nin mobil şəbəkəsindəki problemin səbəbi nədir? Bu, avadanlıqların yenilənməməsi, daha çox yüklənməsi, yaxud başqa problemlərlə əlaqədardır?
Təəssüf ki, Heftelik.az-ın martın 14-də bu problemə həsr etdiyi yazıdan sonra ötən yarım ay ərzində “Azercell Telekom” MMC susqunluq nümayiş etdirməkdən başqa yol tapa bilməyib. Bu da “Azercell Telekom” MMC-nin faktki müştərilərinə xidmət edə bilməyəcək səviyyəyə düşməkdə olduğunu göstərir.