Müstəntiqin, prokurorun və ya məhkəmənin tələbi ilə istintaq və məhkəmə hərəkətlərinin iştirakçıları həmin məlumatları yaymamalıdırlar və onlardan bu barədə iltizam alınır.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsə peşə və ya kommersiya sirlərini əks etdirən məlumatların bildirilməsini və ya təqdim olunmasını məhkəmənin müvafiq qərarı əsasında təklif etdikdə, həmin şəxs bu məlumatların başlanmış cinayət işi üzrə toplanılmasının zəruriliyinə əmin olmaq, əks təqdirdə onları verməkdən imtina etmək hüququna malikdir.