Funksiyaları digərinə verilən struktur qurum və müəssisələrin yalnız tamamlanmış ümumi icraatlı işləri Arxiv işləri bölməsinə verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Arxiv işləri bölməsi sənədləri təhvil verən struktur qurum və müəssisələrin siyahısını, eləcə də təhvil veriləcək sənədlərin kateqoriyasını müəyyən edir, onları təsdiq olunmaq üçün penitensiar xidmətin Mərkəzi Ekspert Komissiyasına (MEK) təqdim edir.