Dövlət reyestri kitabında yol verilmiş səhvlər yeni qeyd etməklə aradan qaldırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Bu halda qüvvəsini itirməli olan qeydin üstündən xətt çəkilir və bu qaydalara uyğun yeni qeydlər edilir. Yeni qeyddə qüvvəsini itirmiş yazıya istinad edilməlidir.