Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinatlar olub.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq əmrlər imzalayıb.
Nazirin əmrinə əsasən, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Kənan Aşurov vəzifəsindən azad edilərək nazirliyin Baş idarəsində yeni vəzifəyə təyin olunub.
Digər əmrlə isə FHN-in Şimal-Qərb Rəgional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov vəzifəsindən azad olunaraq Gəncə Regional Mərkəzinin rəisi təyin edilib.
FHN-in Gəncə Regional Mərkəzinin rəis müavini mayor Ramin Orucov da vəzifəsindən azad olunaraq, Aran Regional Mərkəzinin rəisi təyin edilib.
Bundan əlavə, FHN-in Şimal-Qərb Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışan polkovnik Ceyhun Babayev sözügedən mərkəzin rəisi təyin olunub.