Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır.

Heftelik.az-ın  APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Milli Məclisə qanun layihəsi daxil olub.

Qanun layihəsi bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə olunub və plenar iclasa tövsiyə olunub.

İşçi qrupunun rəhbəri Cavanşir Feyziyev olacaq.