Komandanlıq tabeliyində olan şəxsə qarşı müşahidə və onun lazımi davranışını təmin etmək üçün ümumqoşun nizamnamələrində nəzərdə tutulmuş müvafiq tədbirləri görməyə haqlıdır.
Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Şübhəli və ya təqsirləndirilən şəxs barəsində komandanlığın müşahidəsi altına vermə qismində qətimkan tədbirinin seçildiyi dövrdə o, qarovulun və döyüş növbətçiliyinin aparılması üçün təyin olunmur, sülh dövründə silah gəzdirmək hüququndan məhrum edilir, zabit, gizir və miçman olmayan hərbi qulluqçular isə bundan əlavə hərbi hissənin yerləşdiyi ərazidən kənarda təkbaşına işləməyə göndərilmir, habelə hissənin yerləşdiyi ərazidən kənara buraxılmırlar.