Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı və (və ya) siyahıda edilən müvafiq dəyişikliklər təsdiq edildikdən sonra səlahiyyətli orqan siyahını və (və ya) müvafiq dəyişiklikləri rəsmi internet səhifəsində və məlumat bazasında yerləşdirməli, həmçinin mediada dərc etdirməlidir.
Heftelik.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət-özəl tərəfdaşlığı Qaydaları”nda əksini tapıb.
Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı nüfuzlu xarici və beynəlxalq mediada da dərc edilə bilər.