Ümumi icraatlı işlər tamamlandıqdan sonra bir il müddətindən gec olmayaraq Arxiv işləri bölməsinə təhvil verilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Arxiv işləri bölməsində mühafizəsi nəzərdə tutulan başa çatdırılmış, lakin praktiki işdə istifadəyə ehtiyacı olan işlərdə Arxiv işləri bölməsinə təhvil verilməli və sonradan müəyyən edilmiş qaydada müvəqqəti istifadə üçün götürülməlidir.