“Tərəqqi” Sosial Tədqiqatlar İB-in icra etdiyi “Ucqar ərazilərdə erkən nikahların baş verməsinin qarşısının alınması üçün əlverişli mühit yaradılmasına dəstəyin artırılması” təşəbbüsü çərçivəsində uşaq evliliyi hallarına qarşı daha səmərli mübarizə aparılması məsələlərinin müzakirəsi məqsədilə Milli Məclis deputatı və deputat köməkçiləri ilə görüşlər keçirilib.
Milli Məclisin deputatı Razi Nurullayev, Milli Məclisin deputat köməkçiləri Vüqar Suleymanov, Etiram Mehdiyev və Samir Nəsirovla iki görüş keçirilib və uşaq evliliyi hallarına qarşı mübarizə siyasətinin təkmilləşdirilməsi, mövcud çətinliklərin aradan qaldırılması üçün qabaqcıl təcrübəyə əsaslanan tövsiyyələrin parlament müstəvisində müdafiəsinin təşviqi müzakirə edilib. Parlament müstəvisində erkən nikahlarla bağlı qanunvericiliyin sərtləşdirilməsi, mövcud qanunvericliyin praktikada tətbiqi ilə əlaqədar səlahiyyətli qurumların cavabdeh saxlanılması, TV kanallarda maarifləndirci proqramlara daha geniş yer verilməsi ilə əlaqədar təkliflərin irəli sürülməsi xahiş edilib və müvafiq tövsiyyələr diqqətə çatdırılıb.
Bu təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə icra edilir.