İşin başlığı müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
İşin başlığında əlavə olaraq aşağıdakı açıqlamalar (annotasiya) verilir:
– xüsusi dəyərli sənədlər;
– başlıqda göstərilməyən, lakin axtarış oluna bilən sənədlər;
– əsas sənədə əlavə olunan sənədlər;
– işçi heyətə dair məlumatlar, eləcə də sorğu əhəmiyyətinə malik olan digər sənədlər. Annotasiyada sənədin növü, müəllifi, ünvanı, məzmunu, tarixi, zərurət olduqda isə digər məlumatlar da göstərilir.