Bu ilin iyulun 1-dən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 1-dək müraciət edənlərə bu tələb tətbiq edilmir.
Nümunə olaraq qeyd olunub ki, avtomobil 2012-ci il istehsalıdırsa və iyulun 1-dək icazə üçün müraciət edilibsə, bu zaman 3 illik icazə veriləcək və rəng tələbi tətbiq olunmayacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 1-dən avtomobillərin yaşı üçün 15 il məhdudiyyəti qoyulmuşdu. Yerüstü Nəqliyyat Agentliyi indi açıqlanan 8 il məhdudiyyətinin səbəbinə və hansı qərara əsaslandığına isə aydınlıq gətirməyib.