Həbs qismində qətimkan tədbirini ləğv edən və ya dəyişdirən, habelə tətbiqinə xitam verən cinayət prosesini həyata keçirən orqan həbs yerinin rəisinə bu barədə həmin gün məlumat verir və müvafiq qərarın surətini ona göndərir.
Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır.