Sənədin mətni vərəqin kənarına çox yaxındırsa və o, tikiliş zamanı örtülürsə, bu vərəqin sol tərəfinə bərk kağızdan zolaq yapışdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Daimi mühafizə edilən böyük formatlı statistik cədvəllər, çertyojlar və digər sənədlər tikilməzdən əvvəl arxadan tənzif və ya qalın kətana yapışdırılmalıdır.