Geri qaytarılan sənədlərin adı və vərəqlərin sayı göstərilməklə imtina məktubunun ikinci nüsxəsi ilə birlikdə ərizəçiyə və ya onun səlahiyyətli nümayəndəsinə imza etdirməklə təhvil verilir, yaxud poçt vasitəsilə göndərilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Sənədlər poçt vasitəsilə sifarişli məktubla göndərilir. Göndəriş haqqında qəbz və ya poçt göndərişlərinin reyestrinin surəti qeydiyyat orqanında saxlanılan materiallara əlavə edilir.