Komandanlığın müşahidəsi altına verməyə dair hallardan birinə aydınlıq gətirilib.
Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Müşahidəni icra edən komandanlıq qarşısı alınmayan qüvvənin təsirini sübut etdiyi hallar istisna olmaqla, şübhəli və ya təqsirləndirilən şəxsin davranışına nəzarəti həyata keçirə bilmək imkanından məhrum olunduğuna istinad etməyə haqlı deyil.