ABŞ-ın Nyu-Cersi ştatında 4,8 maqnitudalı zəlzələ baş verib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin ocağı Lebanon rayonundan 5,5 km şimal-qərbdə, 1 km dərinlikdə yerləşib.
Nyu-Yorkda baş verən zəlzələdən sonra ştatın iki hava limanı fəaliyyətini dayandırıb. Ümumilikdə 286 reys təxirə salınıb. Qərar hava limanlarının texniki vəziyyətinin monitorinqi məqsədi daşıyır.
Zəlzələ Nyu-Yorkda, o cümlədən BMT-nin mənzil-qərargahında da hiss edilib.
Yeraltı təkandan sonra BMT Təhlükəsizlik Şurasının iclası da təxirə düşüb.