Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş səbəblər və əsaslar mövcud olduğu bütün hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işi başlamalıdır.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Qətl əlamətlərinin izləri ilə insan meyiti aşkar edildikdə, tanınmamış insan meyiti, insan bədəninin hissələri, yaxud onların basdırılma yerləri aşkar edildikdə və  insanların kütləvi həlak olması, yoluxması və ya zəhərlənməsi əlamətləri olduqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işini aşkar edilmiş fakt üzrə başlamalıdır.