Hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra “Qeyri-kommersiya qurumlarının qeydiyyatı barədə müraciətlər” kitabında onun qeydiyyat (reyestr) nömrəsi və tarixi barədə qeyd yazılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumunun qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə (və ya əsasnamə) və dövlət reyestrindən çıxarış) qeydiyyat orqanının rəhbəri və ya həvalə edilmiş məsul şəxs tərəfindən təsisçiyə (təsisçilərə) və ya onun (onların) səlahiyyətli nümayəndələrinə təhvil verilir.