Ev dustaqlığı belə olur

05 Aprel 2024, 11:00

Şəxs həbsdən azad edildikdən sonra cinayət prosesini həyata keçirən orqana yeni əhəmiyyətli hallar məlum olduğu və ya haqqında seçilmiş qətimkan tədbiri şərtlərinin pozulduğu hallar istisna olmaqla, həbsdən azad olunmuş şəxs həmin ittiham üzrə yenidən həbs edilə bilməz.

Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir.