Girovun qoyulması həm təqsirləndirilən şəxsin әmlakı və vəsaiti, həm də onun yaxın qohumlarının və ya digər fiziki və hüquqi şəxslərin əmlakı və vəsaiti hesabına həyata keçirilə bilər.

Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Girovun dəyərini sübut etmə vəzifəsi girov qoyanın üzərinə düşür.