Xidməti fəaliyyət prosesində icra edilmiş sənədlər, onların axtarılıb-tapılmasını asanlaşdırmaq məqsədi ilə nomenklatura üzrə təsdiq edilmiş ayrı-ayrı işlərdə cəmləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Həmin işlərdə eyni məsələlərə dair sənədlər toplanır və müəyyən ardıcıllıqla tikilir.