Müraciət edən qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınmasından könüllü imtina edildikdə, bu barədə qərarın təsisçi (təsisçilər), səlahiyyətli şəxs (orqan) tərəfindən qəbul edilməsi yoxlanılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Könüllü imtina yazılı olmalı və təsisçi (təsisçilər), səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır.

Dövlət qeydiyyatından imtina edildikdə və ya qeydiyyat üçün təqdim edilən sənədlər könüllü geri götürüldükdə bu barədə “Qeyri-kommersiya qurumlarının qeydiyyatı barədə müraciətlər” kitabında müvafiq qeydlər edilir.