Plan və hesabat sənədləri toplanmış işlərin başlığında bu sənədlərin əks etdirdiyi dövr göstərilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Yazışmaya aid işlərin başlığında yazışmanın aparıldığı orqanın, təşkilatın adı göstərilir. Bu yazışma yalnız bir orqanla aparıldıqda konkret olaraq onun adı, eyni funksiya daşıyan orqanlarla aparılarsa, onların ümumiləşdirilmiş adı ( məsələn, hüquq mühafizə orqanları) göstərilir.