Cinayət prosesini həyata keçirən orqan şəxsə özünün və ya başqasının həyatına aid məlumatları bildirməsinin və ya təqdim olunmasının zəruriliyinə istinad edərək tələb etdikdə o, dindirmə və ya digər istintaq hərəkəti protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil etməlidir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Şəxsi həyatın toxunulmazlığının pozulması, şəxsi və ya ailə sirrinin yayılması nəticəsində hər hansı şəxsə vurulan ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir.