Törədilmiş və ya hazırlanan cinayət haqqında hüquqi şəxsin (vəzifəli şəxsin) məktubunda hüquqi şəxsin tam adı, yaxud vəzifəli şəxsin soyadı, adı, atasının adı, ərizəçinin xidməti ünvanı, onun cinayətə münasibəti, məlumatı aldığı mənbə, eləcə də məktuba əlavə edilən sənədlər haqqında məlumatlar qeyd edilməlidir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Törədilmiş və ya hazırlanan cinayət haqqında imzalanmamış və ya saxta imza ilə imzalanmış, yaxud uydurma hüquqi şəxs (vəzifəli şəxs) adından yazılmış ərizə və ya digər anonim məlumat cinayət işinin başlanması üçün səbəb ola bilməz.