Səlahiyyətli orqan tərəfindən dövlət tərəfdaşı kimi müəyyən edilmiş dövlət orqanı (qurumu) dövlət tərəfdaşı qismində müəyyən edilməsi ilə razı olmadıqda, son qərar səlahiyyətli orqanın müraciəti əsasında Nazirlər Kabineti tərəfindən qəbul edilir.
Heftelik.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət-özəl tərəfdaşlığı Qaydaları”nda əksini tapıb.
Səlahiyyətli orqan tərəfindən dövlət tərəfdaşı kimi müəyyən edilmiş bələdiyyə və ya bələdiyyə müəssisəsi dövlət tərəfdaşı qismində müəyyən edilməsi ilə razı olmadıqda, səlahiyyətli orqan digər dövlət tərəfdaşını müəyyən edir və ya layihənin dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısından çıxarılması barədə Nazirlər Kabinetinə müraciət edir, özəl təşəbbüs qaydasında həyata keçirilməsi təklif olunan layihələrə münasibətdə isə özəl təşəbbüsün növbəti mərhələyə qəbul edilməməsi barədə qərar qəbul edir.