İşə tikilmiş zərflər nömrələnir, bu halda zərfin içində olan hər bir sənədə növbəti nömrə qoyulur.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Zərfdə olan və nömrələnməsi mümkün olmayan şəxsi sənədlər, mükafatlar və digər sənədlər barədə işin daxili siyahısında müvafiq qeydiyyat aparılır.

İşə tikilmiş sıra nömrəsi olan sənədlərin, o cümlədən çap nəşrli sənədlərin nömrələnməsi ümumi qaydada aparılır.