İctimai və ya yaşayış yerlərində, habelə dövlət müəssisə, idarə və ya təşkilatlarının binalarında güclü partlayış, yaxud yanğın baş verdikdə, qanuni əsaslarla saxlama halları istisna olmaqla, odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular, radioaktiv materiallar, zəhərləyici maddələr aşkar edildikdə və insanların oğurlanması və ya onların girov götürülməsi əlamətləri, habelə insanlar xəbərsiz itkin düşdüyü hallarda onların qətlə yetirilməsinə şübhələr olduqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işini aşkar edilmiş fakt üzrə başlamalıdır.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.