Maddi sübutların saxlanması, göndərilməsi və tədqiqi üçün çəkilmiş xərclərin məbləği, cinayət işi üzrə istintaq eksperimenti və ya ekspertiza keçirilərkən korlanmış və ya məhv olmuş əşyaların dəyərinin və bu kimi digər məsrəflərin ödənilməsinə çəkilmiş xərclərin məbləği və cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə icraat aparılması üçün zəruri olan digər tədbirlərə sərf olunmuş xərclərin məbləği məhkəmə məsrəflərinə daxildir.
Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.