Poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması, habelə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi — şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə olan ağır və ya xüsusilə ağır cinayətlər üzrə sübutların müəyyən edilməsi üçün təxirə salına bilməyən hallar yarandıqda müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında istintaq hərəkətlərini məcburi apara bilər.
Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.