Sənədləri təhvil alan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir. Sənədləri almaq üçün səlahiyyətli nümayəndə müraciət etdiyi halda, müvafiq qaydada təsdiq edilmiş etibarnaməsini təqdim etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Sənədlərin təhvil alınması barədə «Qeydiyyat sənədlərinin təhvil kitabı»nda qeyd edilir. Sənədlər səlahiyyətli nümayəndə tərəfindən təhvil alındıqda isə «Qeydiyyat sənədlərinin təhvil kitabı»nda onun buna dair səlahiyyətlərini təsdiq edən sənəd haqqında məlumat qeyd edilir. Sənədləri təhvil alan şəxs qəbul edilən sənədlərin adını və tarixi göstərməklə həmin kitabda imza edir.