Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeyri-kommersiya qurumunun yenidən təşkili birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə formasında həyata keçirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Yenidən təşkil nəticəsində yaradılan yeni qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması barədə tərtib edilən ərizə ilə müraciət edilir.
Ərizəyə habelə aşağıdakılar əlavə edilir:
– yenidən təşkil haqqında qərar;
– təhvil aktı və ya bölünmə balansı;
– mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat.