Fransada ağılalmaz olay

07 Aprel 2024, 20:04

Fransız jandarma əməkdaşları Avallon şəhərinin meri Djamila Habsaouinin evində axtarış apararkən ondan 70 kq çətənə aşkar ediblər.

Heftelik.az-ın xəbərinə görə,  bu barədə BFMTV kanalı məlumat yayıb.

Əməliyyat respublika Daxili İşlər Nazirliyinin elan etdiyi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kampaniyası çərçivəsində həyata keçirilib. Telekanalın qeyd etdiyi kimi, hüquq-mühafizə orqanlarında merin qardaşının qadağan olunmuş maddələrin alveri ilə əlaqəsi barədə məlumat var idi.

Habsaoui özü Fransa Sosialist Partiyasını təmsil edir və 2021-ci ildə Avallon administrasiyasının rəhbəri vəzifəsinə seçilib. O, həm də regional məsləhətçi kimi fəaliyyət göstərir.