Aprelin 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, aprelin 7-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb.
Düşən yağıntının miqdarı Şəkidə 25 mm, Oğuzda 23 mm, Gədəbəydə 16 mm, Gəncədə 10 mm, Qəbələ, Qrız, Şəmkir, Daşkəsən, Şahdağ, Göygöl, Ağdam, Zaqatala, Balakən, Lerik, Quba, Qax, Naxçıvan, Ordubad, Naftalan, Qusar, Xaltan, Tərtər, Yevlaxda 8 mm-dək olub.
Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qrız, Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu İqlim normasından 4 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək, Naxçıvan MR-da 20-23 dərəcə, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda 7 dərəcəyədək isti olub.