Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin hansı vəzifələri yerinə yetirməli olduğu açıqlanıb.

Vəkil Araz Nurməmmədov bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:

– yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

–  elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;

– məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

– məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.