Hüquqi şəxslər birləşdikdə bu barədə dövlət reyestrində onların birləşməsi və yeni yaranmış qeyri-kommersiya qurumu barədə qeyd aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Birləşmə nəticəsində yaranmış yeni qeyri-kommersiya qurumu yeni qeydiyyat nömrəsi ilə qeydiyyata alınır və reyestrə daxil edilir. Birləşən hüquqi şəxslər sırasında olan qeyri-kommersiya qurumu və ya təhsil müəssisəsi dövlət reyestrindən çıxarılır və birləşmə nəticəsində reyestrdən çıxarılmış qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin hüquqi varisliyi barədə müvafiq vergi orqanlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına məlumat verilir.