Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Orxan Namiq oğlu Zeynalov energetika nazirinin müavini təyin edilib.

Energetika Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, bu münasibətlə yeni nazir müavini energetika naziri Pərviz Şahbazov tərəfindən kollektivə təqdim edilib.

Qeyd edək ki, Orxan Zeynalov 2002 və 2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb. 2003-cü ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələri yerinə yetirmiş O.Zeynalov 2020-2022-ci illərdə Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2022-2024-cü illərdə isə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.