İpoteka və Kredit Zəmanəti Fondu və “Azərpoçt”-da yoxlama aparılması təklif edilib
İpoteka və Kredit Zəmanəti Fondu və “Azərpoçt”-da yoxlama aparılması təklif edilib
Heftelik.az-ın məlumatına görə, belə təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı deputat Rüfət Quliyev çıxış edib.
Deputat bildirib ki, İpoteka və Kredit Zəmanəti Fondu xətti ilə 3 milyard manatdan çox kreditlər ayrılıb. Bu fond yoxlanılıbmı və yoxlanılacaqmı? İkinci “Azərpoçt” MMC-də yoxlanma aparılması planlaşdırılırmı?”.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə bu qurumlardan hansında yoxlama aparılacağını açıqlayıb: “Azərpoçt” MMC-də audit iş planında yoxdur, çünki maliyyə mənbəyi azdır. Belə balaca qurumlarda audit aparsaq, ilin sonunda bizim dövriyyəmiz az olar. İpoteka və Kredit Zəmanəti Fondunda yoxlama isə 2024-cü ilin iş planına salınıb”.