İnsan qanunsuz olaraq azadlıqdan məhrum edildikdə, tarix və ya mədəniyyət abidələri, habelə qəbirlər üzərində təhqiredici hərəkətlər edildikdə, silahlı qiyam olduqda, hakimiyyət zorla ələ keçirildikdə və ya zorla saxlanıldıqda, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə açıq çağırışlar olduqda, kütləvi iğtişaş olduqda, təxribat və ya terror aktı törədildikdə və Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının keçmiş Prezidentinin və ya onun arvadının (ərinin), Azərbaycan Respublikası Milli Məclisi deputatının, Azərbaycan Respublikası Nazirlər Kabineti üzvünün həyatına sui-qəsd edildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işini aşkar edilmiş fakt üzrə başlamalıdır.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.