Məhkəmə baxışı zamanı dövlət ittihamçısı ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən cinayət təqibindən imtina etdikdə, xüsusi ittihamçıya cinayət təqibini davam etdirmək üçün nümayəndəsi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi qaydası məhkəmənin qərarı ilə müəyyən olunur.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Həmin cinayət təqibi üzrə ittiham hökmü çıxarıldıqda xüsusi ittihamçının nümayəndəsi tərəfindən göstərilən hüquqi yardımı ödəmək üçün xüsusi ittihamçının kifayət qədər vəsaiti olmadıqda, məhkəmə ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir.