Xüsusi icraatlı işlərə məhkumların arxivə verilmiş şəxsi işləri, əməkdaşların (təqaüddə olanların) şəxsi işləri, eləcə də müvafiq əmrlərlə müəyyən edilmiş digər işlər aid edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Bu Təlimatla müəyyən edilmiş tələblər həm ümumi, həm də xüsusi icraatlı işlərin aparılması, arxivə verilməsi və mühafizəsi qaydalarını tənzimləyir.