Normativ sənədlərlə tanış olma vərəqləri sənədlərin icra olunmasına dair rəhbər şəxslərin dərkənarı olan sənədlə birlikdə işə tikilir, daxili siyahıya daxil edilir və nömrələnir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Məxfilik dərəcəsindən, saxlanılma müddətindən asılı olmayaraq bütün sənədlər işin, cildin içərisində olan sənədlərin daxili siyahısına daxil edilir. Daxili siyahı işin, cildin əvvəlinə tikilir, burada sənədlərin nömrələri, tarixləri, qısa məzmunu və müvafiq vərəqlərin nömrələri göstərilməlidir.

Tamamlanmış işin, cildin daxili siyahısında vərəqlərin sayı göstərilən yekun yazı tərtib edilir. Daxili siyahının vərəqləri ayrıca göstərilir.