Cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq media subyektinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən media subyektlərinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Törədilmiş və ya hazırlanan cinayətlərlə əlaqədar media subyektlərinə ünvanlanmış, dərc edilməmiş yazışmalar media subyektlərinin vəzifəli şəxsləri tərəfindən cinayət təqibi orqanlarına göndərilə bilər.