Səlahiyyətli orqan qanuna uyğun olaraq dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısını və özəl təşəbbüsün xülasəsini rəsmi internet səhifəsində və məlumat bazasında yerləşdirmək və ya mediada dərc etdirmək yolu ilə ictimaiyyətə açıqlayır.
Heftelik.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət-özəl tərəfdaşlığı Qaydaları”nda əksini tapıb.
Dövlət-özəl tərəfdaşlığı layihələrinə dair məlumat səlahiyyətli orqan tərəfindən açıqlandıqdan sonra dövlət-özəl tərəfdaşlığı layihəsində özəl tərəfdaş qismində iştirak etmək niyyətində olan hər bir şəxs səlahiyyətli orqanın bu barədə elanda müəyyənləşdirdiyi müddət ərzində, özəl təşəbbüsün xülasəsinə münasibətdə isə dərc edildikdən sonra 60 (altmış) gün müddətində həmin niyyətini səlahiyyətli orqana onun rəsmi internet səhifəsində olan müvafiq bölmə vasitəsilə bildirmək hüququna malikdir.