Qırğızıstanın Milli Təhlükəsizlik Nazirliyi 5 mütəşəkkil cinayətkar qrupun üzvünü Azərbaycana təhvil verib.

Heftelik.az-ın xəbərinə görə,  bu barədə Qırğızıstan mediası məlumat yayıb.

Bildirilib ki, onlar Manas Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib.

Xatırladaq ki, martın 20-də Azərbaycanın beş vətəndaşı sifarişli cinayət törətmək məqsədi ilə Qırğızıstana gedib.

Qırğızı Respublikasında keçirilən əməliyyat  zamanı transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan 5 Azərbaycan vətəndaşı Qırğızıstan Respublikasının milli təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Bunlar Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudov M. və Məmmədov Z.İ-dir.  Tədbirlər əcnəbilərdən və dövlətlərarası axtarışda olan şəxslərdən ibarət mütəşəkkil cinayətkar qrupların qanunsuz fəaliyyətinin aşkarlanması və qarşısının alınmasına yönəlib. Daxil olan əməliyyat məlumatlarına əsasən, Əsgərov M.O. kriminal aləmdə cinayət mühitini gücləndirmək və oğru ideologiyasını yaymaq, habelə statusunu artırmaq məqsədi ilə müəyyən edilmiş şərikləri ilə birlikdə Qırğızıstana gəlib. Onlar ölkə rəhbərliyinə sui-qəsd təşkil etməyi planlaşdırıblar.

Qırğız Respublikasında keçirilən əməliyyat  zamanı transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan 5 Azərbaycan vətəndaşı Qırğızıstan Respublikasının milli təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Bunlar Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudov M. və Məmmədov Z.İ-dir.  Tədbirlər əcnəbilərdən və dövlətlərarası axtarışda olan şəxslərdən ibarət mütəşəkkil cinayətkar qrupların qanunsuz fəaliyyətinin aşkarlanması və qarşısının alınmasına yönəlib. Daxil olan əməliyyat məlumatlarına əsasən, Əsgərov M.O. kriminal aləmdə cinayət mühitini gücləndirmək və oğru ideologiyasını yaymaq, habelə statusunu artırmaq məqsədi ilə müəyyən edilmiş şərikləri ilə birlikdə Qırğızıstana gəlib. Onlar ölkə rəhbərliyinə sui-qəsd təşkil etməyi planlaşdırıblar.

Azərbaycan Daxili İşlər Nazirliyinin martın 26-da yaydığı məlumata görə, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib.

Qeyd olunub ki, araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin isə Azərbaycan Respublikası ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib.