Mülki cavabdehin qanuni mənafeyinə toxunan şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya yeni hallar və hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə baxılmasına, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə öz etirazını bildirmək və cinayət işi materiallarının tədqiqində iştirak etmək hüquqları var.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Bu hüquqlar sırasında məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək də var.